Belarusun Qrodno vilayəti yaxınlığında “Brave Griffin 25-II” (Xoruzqıran 25-II) adlı sahə-taktiki hərbi təlimlərə start verilib.
Bizim.Media xəbər verir ki, bu barədə Litvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında bildirilir ki, 25–29 avqust tarixlərində ölkənin cənub-şərqində Litva Silahlı Qüvvələrinin Quru Qoşunlarına məxsus “Zemaitija” piyada briqadasının sahə-taktiki təlimləri keçiriləcək.
Təlimlərin əsas məqsədi briqadanın qərargah və bölmələrinin təyin olunmuş ərazilərə dislokasiya imkanlarını sınaqdan keçirmək, döyüş hazırlığını qiymətləndirmək, komandir məntəqələrinin və rabitə sistemlərinin yerləşdirilmə qaydasını yoxlamaqdır. Həmçinin briqadanın mobilliyini nümayiş etdirmək üçün taktiki yürüş də təşkil olunacaq.
Müdafiə nazirliyindən verilən məlumata görə, təlimlər zamanı hərbi texnika və silahlı şəxsi heyətin hərəkəti nəzərdə tutulur.
Qeyd edək ki, Bu gün Finlandiyada Avropa və ABŞ hərbçilərinin iştirakı ilə genişmiqyaslı hərbi təlimlər başlayıb. İki NATO ölkəsinin Rusiya və Belarusla səhərəd yaxın bölgədə eyni gündə təlimlərə başlaması isə geniş müzakirələrə səbəb olub.
Bizim.Media