Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ

Hazırda oxunan: Putinlə görüşdüyünə görə ÜZR İSTƏDİ

266793

Sitka və Alyaska arxiyepiskopu Aleksi Rusiya prezidenti Vladimir Putinlə Alyaskada görüşdüyü üçün üzr istəyib.

Bizim.Media xəbər verir ki, arxiyepiskopun açıqlaması Amerikadakı pravoslav kilsəsinin rəsmi saytında yayımlanıb.
 

O bildirib ki, Putini Ankoric Sammitində dinc qonaqpərvərlik ruhunda qarşılamaqla yaranan qalmaqaldan "dərin təəssüflənir".


Aleksi qeyd edib ki, Sitka və Alyaska yeparxiyası Amerikadakı Pravoslav Kilsəsinin bir hissəsidir və missiyası Arktikadan Mərkəzi Amerikaya qədər bir çox xalqları, mədəniyyətləri və dilləri əhatə edir. O, həmçinin sülh üçün təşkil etdiyi üç günlük duaları xatırladaraq bildirib ki, onun hərəkətini kədər və ya çaşqınlıq səbəbi kimi qəbul edən hər kəsdən üzr istəyir. (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin