Rusiyaya məxsus qırıcı İrəvanda hasara çırpıldı - VİDEO

Hazırda oxunan: Rusiyaya məxsus qırıcı İrəvanda hasara çırpıldı - VİDEO

266783

Rusiyaya məxsus qırıcı təyyarə İrəvanda dəmir dirəklə toqquşduqdan sonra hasara çırpılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

Hadisə yerli vaxtla gecə saat 02:15-də baş verib.
 

Məlumata görə, daşıma zamanı sərt muftanın elementi sıradan çıxıb və təyyarə platformadan düşüb. Təyyarə Arşakunyants prospektində metal dirəyə, daha sonra hasara çırpılıb.


Baş verən hadisədə xəsarət alan olmayıb. Hadisənin baş verdiyi prospektdə nəqliyyatın hərəkəti dayandırılıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin