Qlobal iqtisadi qeyri-müəyyənliklərin davam etdiyi bir zamanda ölkələr strateji ehtiyatlarını, xüsusilə də qızıl ehtiyatlarını artırmaqda davam edirlər.
Bizim.Media xəbər verir ki, 2025-ci ilin əvvəlində dünyanın ən çox qızıl ehtiyatına malik ölkələrinin siyahısı açıqlanıb. Siyahıya ABŞ başçılıq edir. ABŞ-in hazırda 8133 ton qızıl ehtiyatı var.
Ən çox ehtiyata malik digər ölkələr bunlardır:
Almaniya - 3351 ton, İtaliya - 2451 ton, Fransa - 2437 ton, Rusiya - 2330 ton , Çin - 2292 ton , İsveçrə - 1040 ton, Hindistan - 880 ton, Yaponiya - 846 ton, Türkiyə - 624 ton təşkil edir.
Azərbaycan isə 165 ton qızıl ehtiyatı ilə siyahıda 26-cı pillədə qərarlaşıb.
Bu göstəricilər qlobal bazarlarda qeyri-sabitlik fonunda ölkələrin qızıla olan marağının artdığını və qızılın hələ də etibarlı investisiya vasitəsi kimi qəbul edildiyini göstərir. (Milli.Az)
Bizim.Media

- A-
- A
- A+
Dünya
18:00 / 19.08.2025
Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
Hazırda oxunan: Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
Hazırda oxunan: Dünyada ən çox qızıl bu ölkələrdədir - Bəs Azərbaycan neçəncidir?
266023
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.