Putin təklif verdi: Əvvəlcə Zelenski ilə görüş, daha sonra…

Hazırda oxunan: Putin təklif verdi: Əvvəlcə Zelenski ilə görüş, daha sonra…

265958

Ukrayna və Rusiya prezidentləri Volodimir Zelenski və Vladimir Putinin görüşü Macarıstanda keçirilə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “Reuters” agentliyi Ağ Evdəki mənbəyə istinadən məlumat yayıb.

Mənbənin məlumatına görə, Putin və Zelenskinin görüşü Macarıstanda keçirilə bilər. Lakin Kreml buna razılıq verdiyini açıq şəkildə elan etməyib.

Bununla yanaşı, Almaniya kansleri Fridrix Mers bildirib ki, Zelenski ilə Putinin danışıqları növbəti iki həftə ərzində keçiriləcək. Avropa nümayəndə heyətindəki mənbələrin məlumatına görə, Tramp Avropa liderlərinə Putinin əvvəl ikitərəfli, daha sonra isə üçtərəfli görüş keçirilməsi təklifi ilə çıxış etdiyini bildirib.

Ağ Evdə keçirilən danışıqlardan sonra mətbuat konfransında çıxış edən Volodimir Zelenski də əvvəl Putinlə, ardınca isə Trampla birgə üçtərəfli görüş üçün hazırlıqların getdiyini təsdiqləyib.

Prezident qeyd edib ki, ABŞ görüşün mümkün qədər tez baş tutmasını təklif edib, lakin bunun üçün bütün tərəflərin razılığı tələb olunur. Zelenski həmçinin Rusiyanın əvvəl ikitərəfli, daha sonra isə üçtərəfli görüş keçirilməsi barədə təklif verdiyini təsdiqləyib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin