Voronejdəki ən böyük bazarın sahibi olan azərbaycanlı iş adamı HƏBS EDİLDİ

Hazırda oxunan: Voronejdəki ən böyük bazarın sahibi olan azərbaycanlı iş adamı HƏBS EDİLDİ

265857

Rusiyanın Voronej vilayətindəki ən böyük bazarın sahibi və Azərbaycan diasporunun lideri Yusif Xəlilov həbs olunub.

Bizim.Media xəbər verir ki, Rusiya KİV-lərinin məlumatına görə, o, bu ilin martında oğlunu orduya aparmasınlar deyə həkimə 330 min rubl rüşvət verməkdə ittiham edilir.
 

Məbləğin bir hissəsini Xəlilov vasitəçi ilə çatdırıb, qalan 100 min rublu isə karta köçürüb. Hazırda Xəlilov ifadə verməkdən imtina edib, özünü təqsirli bilmir.


Həbs olunan diaspor liderinin rüşvət verməyə görə 7 ildən 12 ilə qədər həbs cəzası və deportasiya təhlükəsi var.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin