Roma Papasının mühafizəsi, yoxsa Vatikanın MƏXFİ AGENTLƏRİ? - FOTO

Hazırda oxunan: Roma Papasının mühafizəsi, yoxsa Vatikanın MƏXFİ AGENTLƏRİ? - FOTO

26581

40 il öncə, 1981-ci ildə Mehmet Ali Ağca Roma papası II İoann Paveli öldürməyə yaxın olub. Belə ki, Vatikanın və katolik dünyasının o zamankı birinci adamı İtaliya paytaxtı Romada ağır yaralanıb. Papanın möcüzə ilə sağ qalmasından başqa çox adamı düşündürən bir sual var idi ki, onun mühafizəçiləri hardaydı?

Bizim.Media xəbər verir ki, Vatikanın gizli xüsusi təyinatlıları, kəşfiyyatçıları barədə yetərtincə informasiya var. 

Roma Papasının rəsmi mühafizəçiləri...

Belə ki, onun qvardiyasının andiçmə mərasimi də olur ki, ora qatılanlar Papaya sədaqət andı içirlər. Avropanın ən qədim ordusu olan bu qvardiya Vatikanın yeganə silahlı qüvvələri sayılır. Bu korpusu Roma papası olmuş II Yuli 1506-cı ildə yaradıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Papa Qarabağla bağlı dua etdi 


Yulinin vaxtlarında qvardiyada min əsgər olsa da, indi yüz nəfərdən bir az çoxdur. Vatikandan az qoşunu olan isə ancaq San-Marinodur. XVI əsrdən bu yana turist cəlb etmək üçün Vatikanda rəngli formalarda gəzənlər əslində xüsusi təyinatlılardır. Bir şey ki, onların hər biri avtomatik tapança, 2-3 növ tapança-pulemyot və 2 ədəd tüfənglə silahlanmış olurlar. 

Qvardiyaçılarla yanaşı Roma Papasının təhlükəsizliyini jandarmalar da təmin edir. Həmin jandarmalar İtaliya polisinin ən yaxşıları arasında seçilir.

Bu xidmət üçün peşəkarları hazırlayanlar isə Domeniko Canidir. Onun özü italyan xüsusi təyinatlılarının zabiti olub. 

Lakin belə peşəkarlar da bəzən təxribatın qarşısını ala bilmir. Çünki 1981-ci ildə “Müqəddəs Pyotr” meydanında, ictimai yerdə Mehmet Ali Roma papasının qarnına iki güllə vura bilib.

Sadalanan katolik liderin mühafizəsi ilə məşğul olan peşəkar silahlılar Vatikanın rəsmi strukturlarının üzvləridir. 

Vatikanın gizli agentləri

Müqəddəs şəhər polis və ordudan ibarət deyil. Çünki Roma papasını qoruyanlar arasında gizli agentlər də mövcuddur. Belə resurslardan biri də Tanrının işi kimi populyar olan “Opus Dei”dir.

Təşkilatı 1928-ci ildə keşiş Xosemariya Eskriva yaradıb. Formal olaraq bu təşkilat təhsil, sosial və xeyriyyəçiliklə məşğuldur. Dünyanın müxtəlif yerlərində yaşayan 1500 dini dosent “Opus Dei”nin üzvüdür. Təşkilat Vatikan kəşfiyyatına “krışalıq” edir. Ümumi 90 min üzvündən cəmi 2 mini keşişdir. 
 

Vatikan keşikçiləri siyahısına bəzi rahiblər də aid olunur. Həmin monaxlar “İezuit Ordeni”nin üzvləridir. 1536-cı ildə ordeni İqnati Loyol təsis edib və hazırda 15 min üzvü var. İezuitlər 112 ölkədə fəaliyyət göstərir. 


Lakin Vatikan (1993) istənilən kəşfiyyat fəaliyyət və güc əməliyyatlarında iştirakını təkzib edir. 

Roma Papası Fransiskin bu gün Ermənistanı yada salması və qriqoryanların 44 günlük savaşda kilsəyə “kalaşnikov”la daxil olmaqları Vatikanın 1993-cü il bəraətlərini şübhə altına alır.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin