Cənubi Afrika hökuməti etirazlara səbəb olan qanun layihəsini təklid edib.
Bizim.Media “BBC News”a istinadən xəbər verir ki, hökumətin təklifində kişilərlə qadınların hüquqlarının bərabərləşdirilməsi əsas yer tutur.
Belə ki, bu təklif qəbul olunsa, Cənubi Afrikada kişilər bir neçə arvad alan kimi, qadınları da çoxlu sayda ər sahibi ola bilər.
Bu sahəylə məşğul olan professor Kollis Maçokun sözlərinə görə, Afrika cəmiyyəti hələki bu bərabərliyə hazır deyil. Biznesmen və teleaparıcı Musa Mseleku bu tip bərabərhüquqluluğa qarşıdır.
Onun sözlərinə görə bu, Afrika mədəniyyətini dağıda bilər. Əlavə edək ki, Musanın özünün 4 xanımı, həyat yoldaşı var.
Xatırladaq ki, Cənubi Afrika dünyada ən liberal konstitusiyalaradan birinə sahibdir. Burada eyni cinslilərin evliliyi də qadağan deyil.
Bizim.Media
- A-
- A
- A+
Dünya
15:15 / 28.06.2021
Qadınların da bir neçə ƏRİ OLA BİLƏR? – Yeni qanun aləmi bir-birinə vurdu
Hazırda oxunan: Qadınların da bir neçə ƏRİ OLA BİLƏR? – Yeni qanun aləmi bir-birinə vurdu
Hazırda oxunan: Qadınların da bir neçə ƏRİ OLA BİLƏR? – Yeni qanun aləmi bir-birinə vurdu
26535
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.