Harri Potter kitablarını yandırdılar: "Biz İncilin dediyini edirik"

Hazırda oxunan: Harri Potter kitablarını yandırdılar: "Biz İncilin dediyini edirik"

265251
Polşanın Qdansk şəhərində bir qrup katolik keşiş aralarında Harri Potter romanlar silsiləsinin olduğu bəzi kitabları yandırıblar.xa0
xa0
Moderator.az xəbər verir ki, mobil telefonlar vasitəsi ilə dini mesajlar göndərən "Cənnət fondundan mesaj" adlı qrupun üzvü olan keşişlər bir kilsənin həyətində kitablarla yanaşı başqa dinlərin simvolları olan bir fil fiquruxa0 və bir qəbilə maskasını da yandırıblar.xa0xa0
xa0
Kitab yandırma etirazının fotoşəkillərini sosial media hesablarında bölüşən qrup Harri Potter kitablarının cadugərliyi təbliğ etdiyini iddia edib.xa0xa0
xa0
Sosial mediadakı şərhlərində "Biz İncilin dediyini edirik" deyən qrup İncildəki bəzi hissələrə istinad edilərək "Cadugərlik edənlərin bir çoxu kitablarını yığıb hamının qarşısında yandırdı" şəklində ifadələrdən istifadə edib.xa0
xa0
Qeyd edək ki, Coan Roulinqin dünya üzrə 500 milyondan çox satılan Harri Potter kitabları nəşriyyat tarixinin ən popular romanları kimi qəbul edilir.
xa0
Kamran
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin