Çexiyada qasırğa: ölənlərin sayı 6-ya çatdı

Hazırda oxunan: Çexiyada qasırğa: ölənlərin sayı 6-ya çatdı

26471

Çexiyanın Cənubi Moraviya bölgəsində yerləşən Brjeslav və Qodonin şəhərlərində baş verən qasırğa nəticəsində ölənlərin sayı 6 nəfərə çatıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Çex” radiosu yayıb. Mənbə bildirir ki, növbəti qurban 2 yaşlı Brno şəhər sakinidir.

O, aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Çexiya Prezidenti Miloş Zeman və Baş nazir Andrey Babiş ölən azyaşlı qızın valideynlərinə başsağlığı verib.

Qeyd edək ki, Cənubi Moraviya bölgəsində qasırğanın vurduğu ziyanın miqdarı təxminən 471 milyon avro olacaq.

1200 yaşayış binası zədələnib ki, bunların 70-dən çoxunun bərpa edilməsinin mümkünsüz olduğu bildirilib.

Xatırladaq ki, sözü gedən təbiət hadisəsi 2001-ci ildən bəri Avropada ən dağıdıcı qasırğa hesab edilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin