Misirin nüfuzlu “Əl Masr Əl Yom” nəşri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə “Gülüstan” sarayında Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündəki çıxışından əsas məqamları dərc edib.
Dərc olunmuş xəbərdə qeyd edilib ki, Prezident İlham Əliyev çıxışında müharibədən sonra artıq müvafiq göstərişlərin verildiyini, yeni kontraktlar imzalandığını, yeni silahların, müasir texnologiyaların əsasında texnikanın alınması prosesi başlandığını söyləyib.
“Ermənistan dərk etməlidir ki, Azərbaycan bundan sonra da güclənəcək və bu, şübhəsizdir” deyən Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş komandanı əlavə edib ki, orduda struktur islahatları da təsdiq edilib və hərbçilərin say tərkibi artırılacaq.
MÖVZU İLƏ BAĞLI:
"Ermənistan "Dağlıq Qarabağ" sözünü ümumiyyətlə, işlətməsin" - İlham Əliyevdən İRƏVANA MESAJ
Bizim.Media xəbər verir ki, Prezident İlham Əliyevin Qalib Azərbaycan xalqının ilk dəfə Silahlı Qüvvələr Gününü bu cür tarixi nailiyyət şəraitində qeyd etdiyini diqqətə çatdıran Misir nəşri dövlətimizin başçısının aşağıdakı sözlərini sitat gətirib:
“Biz ikinci Qarabağ müharibəsinin nəticələrini və gedişatını düzgün təhlil edərək, əlbəttə ki, öz hərbi gücümüzü artıracağıq.
Ermənistanın isə, əgər onlar yenə də bizə qarşı düşmənçilik siyasətindən əl çəkməsələr, nəinki hərbi gücünü, nəinki dağılmış, məhv edilmiş ordusunu bərpa etmək imkanı olmayacaq, eyni zamanda, iqtisadi fəallığı bərpa etmək imkanları da çox məhduddur. Ona görə biz güclənəcəyik”.
Bizim.Media