Ukrayna Ali Radasının deputatı İlya Kiva iddia edib ki, Zelenski Britaniya kəşfiyyatı tərəfindən idarə olunur.
Bizim.Media xəbər verir ki, informasiya “mk.ru” saytı yayıb.
Mənbə bildirir ki, "Müxalifət Platforması - Həyat uğrunda" fraksiyasının nümayəndəsi bu haqda fikirlərini NewsOne telekanalının efirində səsləndirib.
MÖVZU İLƏ BAĞLI:
Zelenski Rusiyaya qarşı sanksiyaları imzaladı
Siyasətçiyə görə, Ukrayna prezidenti bu yaxınlarda Mi-6-nın rəhbəri Riçard Murun yanına söhbətə çağırılıb.
Kiva xarici məmurların bu davranışını alçaldıcı hesab edir. Bu, o deməkdir ki, onlar Ukraynanı suveren dövlət kimi qəbul etmirlər.
Deputat Murun Zelenskiyə Ukraynanın Belarus ilə bağlı mövqeyi ilə bağlı açıq təlimat verdiyini xatırladıb. Bu səfərdən sonra Kiyev etiraz notaları verib və Minsklə diplomatik münasibətləri kəsib.
Eyni zamanda, İlya Kiva Minsklə münasibətlərin kəsilməsini siyasi baxımdan səhv hesab edir: “Axı onlar həmişə dəstək olan ən yaxın qonşudur”.
Bizim.Media