Alimlər Yer kürəsində buz dövrünə səbəb olan kometanın izlərini tapdılar

Hazırda oxunan: Alimlər Yer kürəsində buz dövrünə səbəb olan kometanın izlərini tapdılar

264242

Beynəlxalq araşdırmada iştirak edən elm adamları okeanın dibində 12 800 il əvvəl Yer kürəsinin çoxəsrlik soyumasına səbəb olan kometanın zərbələrinin izlərini aşkar ediblər.

Bizim.Media xəbər verir ki, araşdırma haqqında "PLOS One" jurnalında məlumat verilib.

Qeyd olunur ki, təxminən 12 800 il əvvəl planetin temperaturun sürətlə azalması dövrü başlayıb.
 

İllik temperaturun 10 dərəcə aşağı düşdüyü və ümumi soyutmanın təxminən 1200 il davam etdiyi bu prosesin səbəbləri ilə bağlı tədqiqatçılar arasında hələ də fikir ayrılığı var.


2012-ci ildə isə buz dövrünə səbəb kimi Yer kürəsinə düşən kometa haqqında hipotez irəli sürülüb. (Sonxeber.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin