Çeçenistan Respublikasının hazırkı prezidenti Ramzan Kadırov növbəti müddətə namizədliyini irəli sürməyə razılaşıb.
Bizim.Media xəbər verir ki, bu barədə o, özünün "Vkontakte" sosial şəbəkəsindəki hesabında yazıb.
"Bilirsiniz ki, seçkilərdə iştirak məsələsi son ana qədər mənim üçün açıq qalırdı. Özüm üçün qəti bir qərar vermişdim ki, əhalimizin bir neçə hissəsi belə mənim namizədliyimə qarşı çıxsa namizədliyimi irəli sürməyəcəyəm.
MÖVZU İLƏ BAĞLI:
Çeçen xalqının qurultayı keçirilir – Kadırov haqda nə dedilər? - TƏFƏRRÜAT
Mənim üçün həlledici milli liderimiz Vladimir Putinin, Çeçenistan Respublikası Xalqları Ümumdünya Qurultayının nümayəndələrinin və "Vahid Rusiya"dan olan həmkarlarımın müraciəti oldu.
Prezidentimizin və cəmiyyətimizin iradəsini dinlədim və seçkilərdə iştirak etməyə razı oldum", deyə o, qeyd edib.
Çeçenistan Respublikasının prezidenti bildirib ki, o, seçkiqabağı vədlərə və təşviqat üçün vaxt itirməyəcək, xalqın rifahını artırmaq üçün konkret tədbirlər görəcək.
Bizim.Media