Rusiyalı ekspert : "Ermənistanda “qaçan da rus deyir, qovan da”..."

Hazırda oxunan: Rusiyalı ekspert : "Ermənistanda “qaçan da rus deyir, qovan da”..."

2637

Rusiya mediası başlayıb ki, Ermənistan iqtidar partiyasından olan Nikol Paşinyanın tərəfdarları müxalifətçiləri baş nazirin istefasını istəyən rusofoblar kimi göstərməyə çalışırlar.

Bizim.media xəbər verir ki, bu mövzuda Rusiyanın “vz.ru” nəşri araşdırma yazı hazırlayıb. Məqalədə ekspert mövqeləri də yer alıb.

Araşdırmanı təqdim edirik:

“Ermənistanın hakim partiyasının fikri sadədir:

Paşinyana və Qarabağla bağlı sülh razılaşmasına qarşı olanlar Rusiya və onun sülhməramlılarına qarşıdır. Müxalifət isə bunu inkar edir, bəs erməni cəmiyyəti bu gün Rusiyaya necə yanaşır?

Ermənistan müxalifətinin fikrincə bu tamamilə yanlışdır:

"Bizimlə şantaj dilində danışmağa cəsarət etməyin. Biz nə Rusiyaya, nə də onun sülhməramlı missiyasına qarşı deyilik",- deyə,”Daşnaksütun” partiyasının nümayəndəsi Lilit Qalstyan  müxalifət liderlərinin birgə mətbuat konfransında deyib.

Galstyan vurğulayıb ki, Ermənistanın strateji tərəfdaşları ilə münasibətlərini pozan hakim “Mənim addımım” bloku və onun lideri idi.

Xatırladaq ki, son günlər Ermənistanda anti-Rusiya kampaniyası gedir. Məsələn, erməni politoloq Aleksandr Kananyan ”Facebook” səhifəsində rus sülhməramlılarının Kəlbəcərdə ermənilərə güc tətbiq etdiyini yazıb. İddiaya görə, guya ermənilər evlərindən məcburən çıxarılır.

Qeyd edək ki, Kananyan uzun müddətdir Rusiya sülhməramlılarının Qarabağa girməsinin əleyhinə idi. Kananyanın iddialarını Dağlıq Qarabağ qondarma rejiminin “başçısı” Arayik Arutyunyanın müşaviri David Babayan təkzib edib.

"Rusiyaya qarşı olan bu hücumları xoşagəlməz hesab edirəm. Bu ittihamlar absurddur. Çünki Kəlbəcərdə rus sülhməramlıları yoxdur”,- deyə, o, “Sputnik Ermənistan”a bildirib.

Rusiya xarici işlər naziri Sergey Lavrov isə bildirib ki, erməni müxalifəti Qarabağla bağlı razılaşmanı spekulyasiya etməyə çalışır.

"Çiçəklənən Ermənistan ”partiyasından Ermənistan parlamentinə üzv seçilən Naira Zohrabyan isə İrəvanın mərkəzində etiraz aksiyalarında iştirak edərək, Paşinyanı istefaya çağırıb.
MDB Ölkələri İnstitutunun Yerevan şöbəsinin müdiri Aleksandr Markarov isə müharibə ərəfəsində Ermənistan cəmiyyətində Rusiyaya simpatiya səviyyəsinin onsuz da azaldığını xatırladıb.

"Son beş ildə aparılan sorğular Rusiya ilə sıx əməkdaşlığı dəstəkləyənlərin azaldığını göstərib. Ancaq ümumiyyətlə, Ermənistan hələ də Rusiyaya çox vacib strateji müttəfiq kimi baxır. Burada hakim elitaların və müxalifətin mövqeləri əsasən üst-üstə düşür”,- deyə o, vurğulayıb.

AİB İnstitutunun baş direktoru Vladimir Lepexinin fikrincə, anti-Rusiya kampaniyalarının genişlənməsi hələ də mümkündür.

“Hər şey maddi cəhətdən Qərbdən asılı olan oliqarxlara məxsus olan erməni KİV-lərindən asılıdır."

"Ermənistandakı qərbyönümlü media, təəssüf ki, çoxluq təşkil edir. Hər mövzuda anti-Rusiya mövqeyi tuturlar. Əlbəttə ki, onlar daha da aktivləşəcəklər və Moskvaya olan mövcud iddialar üzərində işləyəcəklər” - deyə, Lepexin “VZGLYAD” qəzetinə bildirib.

Lepexin Azərbaycanın nəzarətinə keçən Qarabağ bölgəsi sakinlərinin arasında anti-Rusiya hisslərinin böyüməsinə yol verilməməyinin vacibliyini vurğulayıb. Bu səbəbdən rəsmi Moskva maraqlarını qorumaq üçün "Bu vəziyyətə nəzarət etməli, müəyyən razılaşmaların həyata keçirilməsini axtarmalıdır",- deyə o, müsahibəsində deyib.

Hazırki hökumət başçısının özü isə hakimiyyətdən əl çəkmək fikrində deyil. Cümə axşamı keçirilən etiraz aksiyasının ən fəal liderləri həbs edilib. Üstəlik bunun qanuni əsasları var - ölkədə hərbi vəziyyət qüvvədədir və hər hansı bir təzahür qadağandır.

Ermənistan Xüsusi İstintaq Xidməti  tərəfindən “Çiçəklənən Ermənistan” partiyasının lideri Qaqik Tsarukyanı, “Rodina”nın rəhbəri, dövlət təhlükəsizlik xidmətinin keçmiş rəisi Artur Vanetsyan və “Daşnaksütyun” partiyasının nümayəndəsi İşxan Saqatelyan da daxil olmaqla on müxalifət siyasətçisi saxlanılıb.

Lakin cümə günü məhkəmə onun həbsini qanunsuz hesab etdikdən sonra Tsarukyan azad edilib. “Milli Müdafiə” jurnalının baş redaktoru İqor Korotçenkonun fikrincə isə hazırda erməni cəmiyyəti üçün əsas sual günahkarın axtarışıdır:

“Qarabağdakı məğlubiyyət ermənilərin milli faciəsidir."

Paşinyan siyasi karyerasının bitdiyini anlamalıdır. Müxalifətin bir hissəsi həqiqətən də anti-Rusiya üzərindən oynamağa çalışır. Ancaq əksər ermənilər başa düşürlər ki, qoşunlarımız bölgəyə sülhməramlı olaraq girib və hər iki tərəfdən minlərlə insanın həyatını xilas edib. Ümumiyyətlə onlar Rusiyasız Ermənistanın təklənəcəyini başa düşürlər. Hazırda baş nazir gedişinin necə olacağını yaxşı düşünməlidir.

Növbədənkənar seçki yoxsa ölkədən qaçış?

Əgər belədirsə, onda Paşinyan ölkədən  ABŞ və ya fransızların təyyarəsində qaçmalıdır. Erməni lideri Rusiyaya sığınmağa ümid edə bilməz ”, -deyə Korotçenko “VZGLYAD” qəzetinə bildirib”.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin