Assanj və nişanlısı həbsxanada EVLƏNƏCƏK 

Hazırda oxunan: Assanj və nişanlısı həbsxanada EVLƏNƏCƏK 

26363

“WikiLeaks”in qurucusu Culian Assanj və nişanlısı Stella Morris, Londondakı Belmarş həbsxanasında evlənmək istəyirlər. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə Assanjın nişanlısı, Morris mətbuata açıqlamasında deyib. 

"Həbsxanada evlənməyi planlaşdırırıq, çünki 2016-cı ildən bəri nişanlıyıq”. 

Nigahın dəqiq tarixini açıqlamayan Morris hələ ki, evlənməkləri üçün rəsmi icazənin olmadığını da qeyd edib. 

Xatırladaq ki, cütlük 2012-ci ildən sevgi münasibətlərindədir. Onların iki övladı var. 

Qeyd edək ki, 2010-cu ildə İsveçdə cinsi təcavüz və zorlamada günahlandırılan Assanj ekstradisiya olunacağından qorxaraq 2012-ci ilin iyunundan bəri Ekvadorun Londondakı səfirliyində gizlənib. 

Amma 2019-cu il aprelin 11-də o, ABŞ-ın istəyi ilə saxlanılıb. Ekstradisiya ilə bağlı dinləmələr 2019-cu il mayın 2-dən başlayıb.

Bundan qısa müddət sonra ABŞ hökuməti Assanja qarşı casusluq və gizli məlumatların açıqlanması qanunlarının pozulmasının 17 epizodu üzrə yeni ittihamlar irəli sürdüklərini elan ediblər. ABŞ-a ekstradisiya ediləcəyi təqdirdə Assanj 175 ilə qədər həbs cəzası ilə üzləşə bilər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin