Keniyada vəhşi heyvanlara su daşıyan fədakar adam - İBRƏTAMİZ...+ FOTOLAR

Hazırda oxunan: Keniyada vəhşi heyvanlara su daşıyan fədakar adam - İBRƏTAMİZ...+ FOTOLAR

263002
Keniyada vəhşi heyvanlara su daşıyan fədakar adam diqqət mərkəzinə düşüb.

Moderator.az xarici mediaya istinadən xəbər verir ki, Keniyada noxud sahəsində çalışan Patrik Kilonzo Mvalua bölgədə susuzluqdan heyvanların əziyyət çəkdiyini və bir müddət sonra öldüyünü bildikdən sonra maraqlı üsula əl atıb. Qırx bir yaşlı heyvansevər adam icarəyə götürdüyü maşınla hər gün kilometrələrcə yol qət edərək, vəhşi heyvanların yaşayış məskəninə su daşımağı qarşısına məqsəd qoyub.xa0
İlk vaxtlar müəyyən yerlərə suyu tökdükdən sonra təhlükəsizlik baxımından dərhal ərazidən uzaqlaşan Mvalua tez bir zamanda heyvanlarla dostluq əlaqələri də qurub. Xüsusən fil, camış, antilop və zebra kimi heyvanların ona öyrəşdiyini, hətta yolunu gözlədiklərini bildirib. Mvaluaya dəstək olmaq üçün sosial media üzərindən dəstək qrupu da yaradılıb. Mvalua hər gün bölgəyə üç ton su daşıyır və bildirir ki, bölgədə su mənbələri olmadığı üçün heyvanlar susuzluqdan ölümlə üz-üzədir. Ona görə də insanlar kömək etməsə, heyvanlar öləcək.xa0
Moderator.az fədakar heyvansevərin fotolarını təqdim edir.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin