TASS-dan Xankəndi ilə bağlı geri ADDIM – FOTO

Hazırda oxunan: TASS-dan Xankəndi ilə bağlı geri ADDIM – FOTO

262860

Rusiyanın TASS agentliyi iyulun 31-də Xankəndi ilə bağlı dərc etdiyi xəbərdə növbəti dəfə düzəliş edib.

Bizim.Media xəbər verir ki, yeni sərlövhədə "Dağlıq Qarabağ" ifadəsi dəyişdirilərək “Qarabağ” ilə əvəzlənib.
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakı etiraz etdi, TASS həmin xəbərin başlığını dəyişdirdi – FOTO


Xəbərin içində şəhərin coğrafi “Xankəndi” adı saxlanılsa da, 2023-cü il antiterror əməliyyatlarından əvvəlki dövrlə bağlı hissədə “Stepanakert” kimi verilib.

Qeyd edək ki, ötən gün Rusiya Federasiyasının TASS informasiya agentliyi “Stepanakertdə Ayvazovskinin abidəsi söküldü” sərlövhəli xəbər yaymışdı.

Məsələyə Azərbaycanın Xarici İşlər Nazirliyi münasibət bildirib, Azərbaycan Dövlət İnformasiya Agentliyi bəyanat yayıb. 






Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin