Məsud Pezeşkian: "Azərbaycan bizə doğmadır" - VİDEO

Hazırda oxunan: Məsud Pezeşkian: "Azərbaycan bizə doğmadır" - VİDEO

262709

Bu gün İran prezidenti Məsud Pezeşkian Zəngan əyalətinə səfəri zamanı Azərbaycanla münasibətlərə dair açıqlama verib.

Bizim.Media xəbər verir ki, o, bu yaxınlarda Bakıya səfəri ilə bağlı tənqidlərə sərt reaksiya göstərib.

“Azərbaycan bizə doğmadır! Necə olur ki, mən ora gedib heç bir razılaşma əldə edə bilməyim? Biz əlaqə qura bilmirik, amma İsrail bunu bacarır? Bacı-qardaşlarımızla düzgün və mehriban münasibət qura bilməməyimizdə problemin harada olduğunu görməliyik”, - deyə, Pezeşkian bildirib.

Prezident əlavə edib ki, əgər iki qonşu ölkə arasında münasibət qurulmursa, bunun məsuliyyəti İran tərəfinin üzərindədir: “Əlaqə yaradılmayıbsa, günah bizdədir”. (Snn.ir)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin