Fransada meşə yanır - Əhali təxliyə edilir

Hazırda oxunan: Fransada meşə yanır - Əhali təxliyə edilir

261906

Fransanın cənubundakı Od departamentində 680 hektardan çox ərazini əhatə edən böyük meşə yanğını davam edir.

Bizim.Media xəbər verir ki, bu barədə LCI telekanalı məlumat yayıb.
 

Şənbə günü axşam Port-La-Nuvel kommunası ərazisindəki iki düşərgənin və bir neçə yaşayış binasının sakinləri ehtiyat tədbiri olaraq təxliyə edilib, ümumilikdə 1000 nəfər təhlükəli ərazidən çıxarılıb.


Həmçinin yanğının söndürülməsi zamanı kommuna tamamilə işıqsız qalıb. Bundan əlavə, Sijan kommunasında iki ev yanğın nəticəsində ciddi ziyan görüb, biri isə demək olar ki, tamamilə dağılıb.

Bazar günü səhər insanların evlərinə qayıtmasına icazə verilib, lakin bu ərazidə yanğınla mübarizə davam edir.

Hadisə yerində 630 yanğınsöndürən, həmçinin iki yanğınsöndürən təyyarə və iki helikopter işləyir, lakin onların işinə güclü külək mane olur. Alovla mübarizə zamanı dörd yanğınsöndürən tüstüdən zəhərlənib, onlardan ikisi xəstəxanaya yerləşdirilib. Səlahiyyətlilərin məlumatına görə, hazırda yanğın lokallaşdırılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin