Ukrayna Stavropola hücum etdi

Hazırda oxunan: Ukrayna Stavropola hücum etdi

261728

Ukrayna Silahlı Qüvvələrinin (AFU) kamikadze pilotsuz təyyarələri Stavropola hücum edib.

Bizim.Media xəbər verir ki, məlumatı Mash Telegram kanalı yayıb.
 

Ən azı dörd pilotsuz uçuş aparatı (PUA) Mixaylovsk istiqamətindən uçarkən görüntülənib. Yerli sakinlər “Ağ şəhər” yaşayış kompleksinin ərazisində aşağı hündürlükdə obyektlər gördüklərini yazırlar.


Stavropolun sənaye zonasında partlayış səsləri eşidilib. Tələfat və dağıntılar barədə məlumat yoxdur. Hadisə ilə bağlı rəsmi məlumat açıqlanmayıb.

Xatırladaq ki, iyulun 24-nə keçən gecə Ukrayna Krasnodar diyarına zərbə endirib. Soçiyə və Sirius federal ərazisinə kütləvi şəkildə hücum edilib, neft anbarı vurulub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin