Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

Hazırda oxunan: Britaniya səfiri Rusiya XİN-ə çağırıldı

26149

Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının səfiri Debora Bronnert bu gün Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya XİN-in mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, səfir Britaniya Hərbi Dəniz Qüvvələrinə məxsus “Defender” tipli minadaşıyan gəminin Rusiya Federasiyasının Qara dənizdəki dövlət sərhədini pozması ilə əlaqədar nazirliyə dəvət olunub.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya XİN-dən ABŞ-ın yeni sanksiyalarına REAKSİYA: "Cavab qaçılmaz olacaq"


​​​​​​​Britaniyalı diplomatın diqqətinə çatdırılıb ki, Rusiya bu hərəkəti təxribatçı və təhlükəli hesab edir.

“Bu cür təxribatlara və onların mümkün nəticələrinə görə bütün məsuliyyət Britaniyanın üzərinə düşür”, - deyə Rusiya XİN-dən bildirilib.

Qeyd edək ki, iyunun 23-də Rusiya MN məlumat yayaraq, Britaniyaya məxsus “Defender” tipli minadaşıyan gəminin sərhədi pozduğunu, 3 km dərinliyə qədər irəlilədiyini bildirib.

Məlumatda qeyd olunub ki, gəmi sərhədi pozacağı təqdirdə, silah tətbiq olunacağı barədə xəbərdarlığa məhəl qoymayıb.

Belə olan halda keşikçi gəmisi xəbərdarlıq atəşi açıb. Bunun ardınca isə Su-24M təyyarəsi “Defender” gəmisinin hərəkət kursu üzrə xəbərdarlıq bombası atıb. Qara dəniz donanması və Sərhəd Xidmətinin birgə səyi nəticəsində Britaniya gəmisi Rusiyanın ərazi sularını tərk edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin