Mədə xərçənginin əsas səbəbi TAPILDI

Hazırda oxunan: Mədə xərçənginin əsas səbəbi TAPILDI

260785

Alimlər xəbərdarlıq edir ki, dünyada milyonlarla insanda rast gəlinən Helicobacter pylori adlı bakteriya mədə xərçəngi hallarının əsas səbəbidir.

Bizim.Media CNN Türk-ə istinadən xəbər verir ki, “Nature Medicine” jurnalında dərc olunan yeni araşdırmaya görə, 2008–2017-ci illərdə doğulan insanların 76 faizində mədə xərçənginə bu bakteriya səbəb ola bilər.

Bu da 12 milyon insanın təhlükədə olduğunu göstərir.
 

Mütəxəssislər bildirir ki, erkən müayinə və müalicə proqramları mədə xərçəngi hallarını 75 faizədək azalda bilər. Xəstəlik əsasən simptom vermədiyi üçün bakteriya illərlə aşkar olunmur. Yoluxma isə öpüşmə, qusma və ya nəcislə təmas yolu ilə baş verir.


Proqnozlara görə, 2101-ci ilə qədər dünyada Helicobacter pylori səbəbilə 11,9 milyon nəfərə mədə xərçəngi diaqnozu qoyula bilər. Ən çox yoluxma halları Asiyada və Avropada gözlənilir. (News24.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin