Yaponiya əhalisinə XƏBƏRDARLIQ: Güclü tropik fırtına yaxınlaşır

Hazırda oxunan: Yaponiya əhalisinə XƏBƏRDARLIQ: Güclü tropik fırtına yaxınlaşır

259760

Yaponiyanın Meteorologiya Agentliyi güclü fırtınanın ölkənin şərq və şimal sahillərinə yaxınlaşması barədə xəbərdarlıq edib.

Bizim.Media Yaponiya mətbuatına istinadən xəbər verir ki, “Nari” adı verilən fırtına Çiba prefekturasından 170 kilometr məsafədə dəniz üzərindən saatda 35 kilometr sürətlə şimala – sahilə doğru hərəkət edir. 

Fırtınanın sahilə iyulun 14-də gecə və ya iyulun 15-də səhər saatlarında çatacağı gözlənilir.
 

Fırtınanın sahilə güclü külək və yağıntı gətirmək, dənizdə isə hündür dalğalar yaratmaq ehtimalı var.


Bu səbəbdən əhaliyə, müvafiq qurumlara qabaqlayıcı tədbirlər görmək tövsiyə olunub. Bəzi yerlərdə yağıntının miqdarının 200 millimetrə çatacağı gözlənilir, sahilyanı zonalarda daşqın ehtimalı yüksəkdir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin