Dizayn etdiyi motosikletləri ilə məşhur olan Tarhan Telli, koronavirus epidemiyasından sonra TT Medical Qrup yaradaraq maska istehsal etməyə başlayıb.
Bizim.Media xəbər verir ki, sosial media hesabında İngiltərə Kraliçası II Elizabetin bir fotosunu paylaşan Telli, Kraliçanın taxdığı maskanın TT Medical Group tərəfindən istehsal edildiyini bildirib.
Tehran Telli firmasının 11 ölkəyə maska ixrac etdiyini bildirib. İngiltərənin rəsmi şəxslərinin də onların maskaları ilə qorunduğunu qeyd edib.
Bizim.Media