Amerika, İngiltərə, Rusiya və Çindən sonra qaardaş Türkiyə də COVİD-19-a qarşı vaksinlərinin hazır olduğunu bəyan edib.
Bizim.Media “CNN Türk” -ə istinadən bildirir ki, İstanbul Tibb fakültəsinin də üzərində işlədiyi peyvəndin nəticələrinin ürəkaçan olduğu bildirilib.
Professor Dr. Tükek sınaq mərhələsində olan vaksinlərin İlk nəticələri çox əla alınıb deyib.
Həmçinin, o bildirib ki sınaqlar belə davam etdiyi halda və heç bir problem yaranmazsa yaz aylarında Covid-19-un azalacağı gözlənilir.
Professor Dr Tükek virusun mutasiyaya uğramasının qorxulu olduğunu deyib. “Əgər virus mutasiyaya uğramazsa bir dəfə peyvənd olan insan ömürlük virusdan qoruna biləcək. Əgər virus mutasiyaya uğrayarsa yeni peyvəndlər lazım olacaq”, deyə Dr Tükek bildirib.
Bizim.Media