Rusiya Prezidenti Vladimir Putin Azərbaycan əsilli senator Sergey Məmmədovun Hesablama Palatasına auditor təyin edilməsini təklif edib.
Bizim.Media xəbər verir ki, Vladimir Putin tərəfindən Federasiya Şurasına senatorlar Sergey Məmmədov və Nataliya Trunovayanın Hesablama Palatasının auditorları təyin edilməsi ilə bağlı təqdimat daxil olub.
Rusiya Prezidentinin Federasiya Şurasındakı səlahiyyətli nümayəndəsi Artur Muravyov təqdimatı verilən şəxslərin namizədliyinin təsdiqlənməsi məsələsinə Federasiya Şurasının sabah keçiriləcək plenar iclasında baxılacağını bildirib.
Qeyd edək ki, 2011-ci ildən Federasiya Şurasının üzvü olan Sergey Məmmədov məşhur azərbaycanlı, uzun illər SSRİ-nin Radio və Televiziya Yayımı üzrə Dövlət Komitəsinin sədr müavini olmuş Ənvər Məmmədovun nəvəsi, 1997-2003-cü illərdə Rusiyanın xarici işlər nazirinin müavini, 2003-2014-cü illərdə isə Rusiyanın Kanadadakı səfiri olmuş Georgi Məmmədovun oğludur. (APA)
Bizim.Media
- A-
- A
- A+
Dünya
17:45 / 22.06.2021
Putin azərbaycanlıya yüksək vəzifə təklif etdi - FOTO
Hazırda oxunan: Putin azərbaycanlıya yüksək vəzifə təklif etdi - FOTO
Hazırda oxunan: Putin azərbaycanlıya yüksək vəzifə təklif etdi - FOTO
25822
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.