Xəbər verdiyimiz kimi, İran İsrail ərazisinə yeni raket hücumu edib.
Bizim.Media xarici mətbuata istinadən xəbər verir ki, İsrailin müdafiə naziri İsrael Katz ölkənin Müdafiə ordusuna İrana atəşkəsin pozulmasına görə qətiyyətlə cavab vermək barədə göstəriş verib.
“İsrailin Müdafiə ordusuna İran tərəfindən atəşkəsin pozulmasına görə Tehranın mərkəzində rejimin hədəflərinə güclü zərbələr endirməklə cavab vermək göstərişi verdim”, - deyə israilli nazir qeyd edib.
Qeyd edək ki, bir neçə saat əvvəl ABŞ Prezidenti Donald Tramp tərəfindən atəşkəs elan olunduqdan sonra İran yenidən İsrailə raket zərbələri endirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
							12:08 / 24.06.2025
							
						Tehrana zərbə endirmək göstərişi verdi
						
							
								Hazırda oxunan: Tehrana zərbə endirmək göstərişi verdi							
						
					
					
					
					
					
					
								Hazırda oxunan: Tehrana zərbə endirmək göstərişi verdi							
						256376
					© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
					
					
					
					
					Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
























































































