Aprel şəhidimiz haqqında videoçarx hazırlanıb.
Moderator.az xəbər verir ki, 2016-cı il aprel döyüşlərində qəhrəmancasına şəhid olan əsgərimiz Tural Sabir oğlu Dadaşov haqqında videoçarx hazırlanıb. Bu haqda saytımıza şəhidimizin anası Kəmalə xanım məlumat verib. Videoçarxda şəhidimizin uşaqlığından şəhid olan vaxtadək fotoları əks olunub.xa0
Xatırladaq ki, Tural Dadaşov 1993-cü il avqustun 24-də Bakı şəhərində anadan olub. Orta təhsilini başa vurduqdan sonra Azərbaycan Dövlət İqtisad Universitetində təhsil alıb və 2015-ci ilə universitetin “Kommersiya” fakültəsini bitirib.xa0
Həmin il hərbi xidmətə yollanan Tural aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərib və şəhid olub. Şəhidimiz aprelin 8-də böyük izdihamla dəfn edilib. Ölümündən sonra ölkə başçısının sərəncamı ilə şəhid Tural Dadaşov “Hərbi xidmətdə fərqlənməyə görə” üçüncü dərəcəli medalı ilə təltif edilib.
Allah cəmi şəhidlərimizə rəhmət eləsin!
Moderator.az şəhidimiz haqda olan videoçarxı təqdim edir.xa0
Vasif Əlihüseyn



































































































