“ABŞ prezidenti Co Bayden İstanbulu ziyarət etmək istəyir”. Bu fikirləri Türkiyə Prezidenti Tayyib Ərdoğan səsləndirib.
Bizim.Media xəbər verir ki, məlumatı “gazeta.ru” saytı yayıb.
Ərdoğan səfər tarixinin hələ müəyyənləşmədiyini, hazırda bununla bağlı işin aparıldığını deyib.
"O, (Bayden nəzərdə tutulur) çox gərgin iş gündəliyinə baxmayaraq, Türkiyəyə gəlmək istədiyini söylədi”, deyə Türkiyə lideri əlavə edib.
Xatırladaq ki, 14 iyun tarixində ABŞ prezidenti ilə Türkiyə prezidentinin ilk görüşü baş tutub.
Ərdoğan danışıqlarda Rusiyanın S-400 zenit raket kompleksləri ilə vəziyyəti və F-35 qırıcı proqramını müzakirə etdiyini söyləyib:
“Vaşinqton İstanbuldan S-400 və ya F-35 ilə bağlı yeni addımlar gözləməməlidir”.
2019-cu ilin iyul ayında Rusiyadan S-400 hava hücumundan müdafiə sisteminin alınması səbəbindən Türkiyə ilə ABŞ arasında münasibətlərdə böhran başlayıb. 2021-ci ilin aprelində ABŞ Türkiyəyə qarşı sanksiyalar tətbiq edib. Məhdudiyyətlər Türkiyə Müdafiə Sənayesi Agentliyinin rəhbəri İsmail Dəmirə və hərbi sahədə çalışan bir sıra məmurlara yönəlib.
Vaşinqton düşünür ki, Rusiya S-400-ləri NATO avadanlığı ilə uyğunsuz yaradır və alyansın texnologiyalarının təhlükəsizliyini təhdid edir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
16:35 / 17.06.2021
Ərdoğan: “Bayden Türkiyəyə gəlmək istəyir”
Hazırda oxunan: Ərdoğan: “Bayden Türkiyəyə gəlmək istəyir”
Hazırda oxunan: Ərdoğan: “Bayden Türkiyəyə gəlmək istəyir”
25193
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.