İsrail xalqı da Azərbaycanın şanlı qələbəsinə sevinir, bayram edir. Həm işğal faktında, həm də müharibədə İsrail ilk gündən Azərbaycanın yanında olduğunu bəyan etdi və dəstək verdi.
Bu sözləri Bizim Media-ya Sumqayıt Yəhudiləri Dini İcmasının həmtəsisçisi, Azerbaijan Jewish Media-nın direktoru Nəsimi Əbilov deyib:
“Biz yəhudilər Azərbaycanın yəhudilər üçün, İsrail dövləti üçün etdiyi heç nəyi unutmuruq. Dosta dost kimi cavab verərlər".
İcma təsisçisi 44 gün içərisində işğal olunmuş Dağlıq Qarabağ torpaqlarını azad etmək böyük hünər, yüksək peşəkarlıq, inanılmaz güç deməkdir, söylədi:
“Ali Baş Komandan, Prezident İlham Əliyev, Ordumuz, dövlətimiz şanlı Zəfərə imza atdı, qələbəni şərəflə qazandıq. Biz yəhudi əsilli vətəndaşlar olaraq, bu mücadilədə bərabər iştirak elədik".
Azərbaycan bizim vətənimizdir, bu qələbədən qürur duyuruq”.
Ağanisə Sultanova, Bizim.Media