“Diversantlar dərhal geri qaytarılmalıdır” – Niderlanddan növbəti SAYĞISIZLIQ 

Hazırda oxunan: “Diversantlar dərhal geri qaytarılmalıdır” – Niderlanddan növbəti SAYĞISIZLIQ 

25128

Niderland Parlamentinin Xarici Əlaqələr Komissiyasının 16 iyun tarixli iclasında digər məsələlərlə yanaşı, Qarabağ ətrafındakı müzakirələr deputatlarla xarici işlər naziri Siqrid Kaag arasında aparılıb. 

Bizim.Media verir ki, bu haqda məlumatı "Armenpress" nəşri yayıb. 

Mənbə yazır ki, müzakirələrdə müxtəlif siyasi qüvvələri təmsil edən deputatlar nazirə 2-ci Qarabağ müharibəsinin nəticələri, AB-Azərbaycan əməkdaşlığının dayandırılması, rəsmi Bakıya qarşı sanksiyaların tətbiq edilməsi barədə onlarla sual veriblər.  

İclasdan əvvəl Siqrid Kaag götürdüyü öhdəlikləri yerinə yetirərək parlamentə 4 səhifəlik bir məktub göndərib. Burada o, Qarabağ münaqişəsi tarixinə, həll prosesinə, müharibədən sonrakı hadisələrə, diversantların geri qaytarılmasına toxunub. 

O, qeyd edib ki, Niderland bundan sonra da diversant məsələsini gündəmdə saxlayacaq. 

Xatırladaq ki, bu, Niderlandın ölkəmizə qarşı növbəti sayğısızlığıdır. 30 il ərzində Azərbaycan torpaqlarını işğalda saxlayan ermənilərə bu qadın “siyasətçi” görəsən güldən ağır söz deyibmi?

Deməyibsə, deməli, erməni diasporunun pulu ilə susqun qalıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin