İspaniyalı anasını öldürdüyü və bəzi qalıqlarını itə verdiyi üçün 15 il həbs cəzasına məhkum edilib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı BBC telekanalı yayıb.
Mənbə yazır ki, 28 yaşlı Alberto Sançes Qomes 2019-cu ildə həbs olunub. Polis onun anasının evinin ətrafında qadının plastik qablarda qalıqlarını tapıb.
Məhkəmə Sançesin qətl zamanı zehni problemi olduğu iddialarını rədd edib.
O, həmçinin qardaşına 60.000 avro təzminat da ödəməlidir. Deyilənə görə, polis Mariya Soledad Qomesi onun dostunun narahatlığına görə axtarıb və 2019-cu ilin fevralında Madridin şərqindəki bir evə gəlib.
Bəlli olub ki, 26 yaşlı Sançes mübahisə zamanı anasını boğub. Sonra növbəti iki həftə ərzində bədənini parçalayıb və bir hissəsini köpəyinə yedizdirib.
Bizim.Media
- A-
- A
- A+
Dünya
09:52 / 17.06.2021
ŞOK: 28 yaşlı oğlan anasını öldürdü, qalıqlarını itə verdi - FOTO\VİDEO
Hazırda oxunan: ŞOK: 28 yaşlı oğlan anasını öldürdü, qalıqlarını itə verdi - FOTO\VİDEO
Hazırda oxunan: ŞOK: 28 yaşlı oğlan anasını öldürdü, qalıqlarını itə verdi - FOTO\VİDEO
25120
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.