Cenevrədə Rusiya lideri Vladimir Putinlə görüşdə Co Bayden “şparqalka”dan istifadə edib.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “Axios” nəşri yayıb.
Mənbə yazır ki, protokol çəkilişi zamanı ABŞ prezidenti Co Bayden qovluqdan kağız parçası çıxararaq dizinin üstünə qoyub.
MÖVZU İLƏ BAĞLI:
Putin və Baydenin görüşündə ABŞ-lı jurnalistlər hay-küy saldı – VİDEO
Bu detal jurnalistlərin diqqətindən yayınmayıb. Onlar kağızda nə yazıldığını ayırd edə bilməyiblər, ancaq düşünüblər ki, bu, danışmaq üçün bir tezisdir.
"Komsomolskaya Pravda" hesab edir ki, yəqin orada nəsə vacib bir şey var. Əks halda Ağ Evin sahibi oturan kimi əlini qovluğa uzatmazdı.
Yeri gəlmişkən, Bayden unutqanlığı ucbatından tez-tez maraq dairəsinə düşür.
Bizim.Media