Çinin Siçuan vilayətində yaşayış məntəqəsində baş verən sürüşmə nəticəsində 3 ev dağılıb.
Moderator.az AZƏRTAC-a istinadən bildirir ki, Suyon dairəsinin Fenşuy qəsəbəsində baş verən hadisədən sonra dağıntılar altından 8 nəfər çıxarılıb. Onlardan üçü aldıqları xəsarətlərdən xəstəxanaya aparılarkən keçinib, digər 5 nəfər isə reanimasiyaya yerləşdirilib.
Yerli hakimiyyət orqanları dağıntılar altında bir neçə adamın qaldığını güman edir. Hazırda hadisə yerində 600 nəfərə yaxın xilasedici axtarış işləri aparır.
































































































