Hindistanda bir adam baş verən yol qəzası nəticəsində həyatını itirən sevgilisi ilə nikaha girib.xa0xa0
Moderator.az xəbər verir ki, ölən sevgilisi üçün təşkil etdiyi toy mərasimində çəkilən videoda olduqca kədərli olduğu görünən gəncin hind ənənələrinə uyğun toy ritualları nümayiş etdirdiyi görünüb.
Digər tərəfdən videoda həyatını itirən gənc qadının anasının hind ənənələrinə uyğun şəkildə bir gəlin kimi geyindirilən qızının üzərinə evliliyi əks etdirən qırmızı toz səpdiyi və başına sevgilisi tərəfindən qırmızı bir nöqtə qoyulduğu zaman ağladığı görünür.
Qeyd edək ki, gənc cütlüyün təxminən 4 ildir birlikdə olduğu və qəza baş vermədən öncə ailə qurmağı planlaşdırdıqları bildirilib.
Kamran

































































































