İran uranla bağlı həddini aşdı

Hazırda oxunan: İran uranla bağlı həddini aşdı

2490

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Tehranın az zənginləşdirilmiş uran ehtiyatının nüvə anlaşmasında göstərilən səviyyədən xeyli üstün olduğunu və uran zənginləşdirmə həddini aşmağa davam etdiyini bildirib.

Bizim.Media “Anadolu” agentliyinə istinadla  xəbər verir ki, MAQATE-nin İranın nüvə proqramına dair hesabatında bu ölkənin az zənginləşdirilmiş uran ehtiyatının 2400-dən çox olduğu qeyd edilir.

Hesabatda bildirilir ki, bu səviyyə 25 avqustda 2 min 100 civarında olub.

Qeyd edək ki, İran Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının 5 daimi üzvü (ABŞ, Çin, Rusiya, Fransa, Böyük Britaniya) və Almaniya ilə 2015-ci ildə imzaladığı “Hərtərəfli Birgə Fəaliyyət Planı” adlanan sanksiyaların ləğvi müqabilində nüvə proqramına məhdudiyyətlər qoyub.

Nüvə razılaşmasına əsasən, İranın 3.67 faiz saflığı olan uran zənginləşdirmə həddi var.

İranda aşağı səviyyəli zənginləşdirilmiş uranın miqdarı 300 kiloqramdan çox olmamalıdır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin