Avropa Birliyindən pandemiyanı bitirməyə GÖSTƏRIŞ

Hazırda oxunan: Avropa Birliyindən pandemiyanı bitirməyə GÖSTƏRIŞ

24769

2022-ci ildə pandemiyanın bitəcəyinə dair daha bir açıqlama verilib. Adının açıqlanmasını istəməyən Aropa Birliyinin təmsilçisi bildirib ki, qurumun hədəfi 2022-ci ildə pandemiyaya son qoymaqdır: 

“Əsas hədəf var: 2022-ci ildə pandemiyaya son qoymaq...”

Qeyd edək ki, bundan əvvəl də gələn il pandemiyanın bitəcəyinə dair açıqlamalar verilib.

“Microsoft” şirkətinin yaradıcısı, milyarder Bill Qeyts “Koronavirus pandemiyası 2022-ci ilin sonunda bitəcək”- deyə müsahibəsində bildirib.

O qeyd edib ki, həmin dövrə qədər dünyada COVID-19 peyvəndinin kifayət qədər dozası istehsal ediləcək. Maqnat ABŞ və İngiltərə də daxil olmaqla zəngin ölkələrdə vaksinasiyanın yüksək formada aparılacağını əvvəlcədən “proqnozlaşdırıb”. “Bu bir müddət sonra yoxsul ölkələrin peyvəndlə təmin olunmasına imkan verəcək” – deyə Bill Qeyts əlavə edib. 

Ümumdünya Səhiyyə Təşkilatından da pandemiyanın sonu ilə bağlı tarix məhz 2022 olaraq açıqlanıb. Lakin Bill Qeytsdən fərqli olaraq COVID-19-la vida günləri ilin sonuna deyil, əvvəlinə proqnozlaşdırılıb. 

Təşkilatın Avropa şöbəsinin rəhbəri Hans Klüqe deyib ki, 2021-ci il daha bir COVID ili kimi yadda qalacaq:

“Lakin o, proqnozlaşdırılan və idarəedilən olacaq. 2020-ci il elmi və siyasi qeyri-müəyyənlik kimi tarixə düşüb. İndi isə xəstəlik barədə daha çox bilirik. Hazırda alətlərimiz, diaqnostik proqramlarımız, vaksinimiz var. 2022-ci ilin əvvəlində pandemiya bitəcək. Lakin bu, virusun yoxa çıxacağı anlamına gəlmir”.

Qeyd edək ki, bu cür proqnozlar insanlarda müəyyən ümid yaratsa da, həm də pandemiyanın təsadüfən deyil, bilərəkdən və məqsədli formada yayılması haqqında iddialara inananların sayını artırır. 

Xatirə, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin