Niderlandın Baş naziri: “NATO Rusiyaya təzyiq göstərməlidir”

Hazırda oxunan: Niderlandın Baş naziri: “NATO Rusiyaya təzyiq göstərməlidir”

24762

Niderlandın Baş naziri vəzifəsini icra edən Mark Rutte NATO-nu Rusiyaya qarşı təzyiq siyasətini davam etdirməyə, eyni zamanda onunla dialoq qurmağa çağırıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “RİA Novosti” agentliyi yayıb.

Mənbə yazır ki, Rutte Brüsseldəki NATO zirvəsinə gəlişində "Əlbəttə ki, bizi Rusiya narahat edir. Moskvaya təzyiq etməliyik, eyni zamanda onunla dialoq da qurmalıyıq. NATO ilə Rusiya arasında da dialoqa ehtiyacımız var" deyib.

NATO sammiti müttəfiq ölkələrin liderlərinin iştirakı ilə keçiriləcək. Sammitdə ittifaqın 2030-cu ilədək yeni strateji konsepsiyası, Rusiya, Çin, texnoloji inkişafın gücləndirilməsi, iqlim dəyişikliyi, kiber məkanda və kosmosda təhdidlərə qarşı mübarizə müzakirə predmeti olacaq.

Moskva dəfələrlə alyansın Avropadakı qüvvələrinin gücləndirilməsindən narahatlığını dilə gətirib.

Rusiya Prezidentinin Mətbuat Katibi Dmitri Peskov deyib ki, Rusiya heç kim üçün təhlükə yaratmır, ancaq maraqlarının əksinə olan potensial təhlükəni diqqətdə saxlayır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin