Rusiyanın 27 yaşlı Samara sakininin burnunda diş böyüdüyü məlum olub. Bu, qızın davamlı nəfəs darlığı şikayətləri ilə həkimə gəldiyi zaman üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu haqda məlumatı Samara televiziyası yayıb.
Mənbə yazır ki, qız uşaqlığından bəri qəribə bir şey görüb: onda premolyar böyüməyib. Bu, arxadan çıxan dişlərdir. Ancaq bunun ona heç bir narahatlığı olmadığından problemə görə həkimlərə müraciət etməyib.
Lakin vaxt keçdikcə davamlı nəfəs darlığı hiss etməyə başlayıb və otolarinqoloqu ziyarət etməyə qərar verib.
Həkim onu MRT-yə göndərib və bu tədqiqat çox nadir bir patologiyanı aşkar edib. Qızın premolyarlarının böyüdüyü ortaya çıxıb. Ancaq ağzında deyil, burnunda.
Nəticədə, qız əməliyyata göndərilib, bu müddət ərzində burnundan dişlər çıxarılıb. İndi xəstə özünü yaxşı hiss edir və daha asan nəfəs ala biləcəyini söyləyir.
Bizim.Media
- A-
- A
- A+
Dünya
14:27 / 14.06.2021
HƏKİMLƏR ŞOKDA: Qızın burnunda diş böyüdü - FOTO
Hazırda oxunan: HƏKİMLƏR ŞOKDA: Qızın burnunda diş böyüdü - FOTO
Hazırda oxunan: HƏKİMLƏR ŞOKDA: Qızın burnunda diş böyüdü - FOTO
24750
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.