G7 liderləri Çinə səsləndi: “Uyğur türklərinin hüquqlarına hörmət edin”

Hazırda oxunan: G7 liderləri Çinə səsləndi: “Uyğur türklərinin hüquqlarına hörmət edin”

24645

“Böyük yeddilik” (G7) ölkələrinin liderləri Tayvan boğazında sülhə və sabitliyə çağırırlar.

Bizim.Media xəbər verir ki, bu barədə bazar günü Karbis-Bey şəhərində Böyük Britaniyanın, Almaniyanın, İtaliyanın, Kanadanın, ABŞ-ın, Fransanın və Yaponiyanın qeyri-formal birliyinin üçgünlük sammitinin nəticəsinə görə əldə olunan razılaşmanın nəticəsinə istinadən “Reuters” agentliyi bildirib.

"Biz Tayvan boğazında sülhün və sabitliyin əhəmiyyətini dəstəkləyirik", - sənədin layihəsində deyilir. 
 

MÖVZU İLƏ BAĞLI:

Soyuq müharibənin YUVASI - “Böyük yeddilik” nə məqsədlə toplaşıb?


"Yeddilik" ölkələri liderlərinin birgə bəyanatında belə frazadan ilk dəfə istifadə olunur.

G7 ölkələrinin liderləri Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən ciddi narahatlıqlarını dilə gətiriblər.

"Biz Cənubi Çin və Şərqi Çin dənizlərində vəziyyətdən narahatıq, həmçinin status-kvonu istənilən formada birtərəfli dəyişdirmək və gərginliyi gücləndirmək cəhdlərinə qarşı çıxırıq", - sənəddə deyilir.

Liderlər rəsmi Pekini Çin Xalq Respublikasının Sinszyan-Uyğur Muxtar rayonunda uyğurların hüquqlarına və azadlığına, həmçinin Honkonqun muxtariyyətinə hörmət etməyə, həmçinin Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərliyi altında yeni koronavirusun mənşəyi ilə bağlı ikinci araşdırmasının aparılmasına çağırıblar.

G7 Paris razılaşması çərçivəsində iqlim dəyişikliyi ilə mübarizənin illik maliyyələşdirilməsini 100 milyard dollara qədər artırmaq niyyətindədir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin