Müsəlman türklərə şəkər satışı qadağan edildi?! - Hökumətdən rəzil və anlaşılmaz qərar...-

Hazırda oxunan: Müsəlman türklərə şəkər satışı qadağan edildi?! - Hökumətdən rəzil və anlaşılmaz qərar...-

244474


Çinin Sincan- Uyğur muxtar regionunun hakimiyyəti türk müsəlman əhalisinin həyatını daha da çətinləşdirən qərarlar verib.xa0xa0

Moderator.az-ın “RFA” agentliyinə istinadla verdiyi xəbərə görə,xa0 hazırda uyğurlar polisin razılığı olmadan şəkər, qənd ala bilmirlər. Çin kommunist rejiminin belə rəzil, qəddar və anlaşılmaz qərarı haqdaxa0 jurnalistlərə Sincanda işləməyə və yaşamağaxa0 davam etməyin mümkün olmaması səbəbi ilə Çini tərk edən emiqrant qadın danışıb.xa0 Uyğur qadın Sincandaxa0 çörəkbişirmə sexi işlədib.xa0 Lakin lazımi miqdarda şəkər ala bilməməsi ucbatından müəssisəni bağlamaq məcburiyyətində qalıb.

Mənbəyə əsasən, şəkər almaq istəyən hər bir müsəlman türk alıcı pasportunu və polisin möhürlədiyi xüsusi arayışı göstərməlidir. Daha çox rəzillik ondadır ki, həmin arayış hər bir uyğura da verilmir.xa0 Xüsusilə,xa0 qohumları "yenidən tərbuyəolunma düşərgələri”ndə olan və ya təhlükəsizlik işçilərinin "qara" siyahısına düşən türklər, yəni müsəlmanlığını, türklyünü qorumağa çalışan uyğurlar şəkər, qənd üzü görə bilməz. İcazə arayışı olan müsəlmanlara isə yalnız bir neçə yüz qram rafinə olunmuş qəndxa0 satılır.xa0


Sincan-Uyğur regionunun sakinləri Çin hakimiyyət orqanlarının şəkər istehlakının məhdudlaşdırılması haqda belə bir rəzil qərarının səbəbini anlaya bilmirlər.xa0 Sosial şəbəkələrdə yayılanxa0 ayrı-ayrı fərziyyələr arasındaxa0 şəkərdən partlayıcı maddələrin istehsalında istifadə oluna bilməsi ehtimalı daxa0 səbəb kimi göstərilir. Bu isəxa0 Çin hökumətinin müsəlman uyğurxa0 türklərinə birbaşa terrorçu qismində baxması ilə əsaslandırılır...xa0
P,S. Xəbərin gerçəkliyi bütün müsəlman, türk dövlətləri tərəfində araşdırılmalı və Çin hakimiyyətinə qarşı adekvat tədbirlər görülməlidir...

Sultan Laçın
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin