Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələyib

Hazırda oxunan: Avropa İttifaqı Səudiyyə Ərəbistanını hədələyib

244168
"Avropa İttifaqı (Aİ) Səudiyyə Ərəbistanından jurnalist Camal Qaşıqçının itkin düşməsi ilə bağlı istintaqın tam şəffaf şəkildə aparılmasını gözləyir. Əks təqdirdə, bu ölkəyə qarşı məhdudlaşdırıcı tədbirlər görüləcəyini istisna etmir".

Bunu Avstriya Kansleri Sebastian Kurtz Aİ-yə üzv ölkələrin dövlət və hökumət başçılarının zirvə görüşünün ikinci gününün yekunlarına həsr olunmuş mətbuat konfransında bildirib.xa0

“Sanksiya məsələsi gündəmdə olmadığından bununla bağlı müzakirə aparmadıq. Lakin sizə dəqiq deyirəm ki, Aİ tərəfindən bu məsələ ilə bağlı cavab tədbirlərinin (Səudiyyə Ərəbistanına qarşı – red.) atılması mümkündür” – Kansler deyib.

Qeyd edək ki, 2017-ci ildən ABŞ-da yaşayan və "The Washington Post" qəzetinin köşə yazarı olan səudiyyəli jurnalist Camal Qaşıqçı bu il oktyabrın 2-də Səudiyyə Ərəbistanının İstanbuldakı Baş Konsulluğuna daxil olduqdan sonra yoxa çıxıb.(Report)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin