Dünyanın ən bahalı qırıcı təyyarələrinin uçuşları dayandırıldı

Hazırda oxunan: Dünyanın ən bahalı qırıcı təyyarələrinin uçuşları dayandırıldı

243325
Pentaqon beşinci nəsil F-35 qırıcılarının uçuşlarının dayandırılması haqqında göstəriş verib.

Səbəblərdən biri kimi təyyarələrin yanacaq sistemində nasazlığın mümkünlüyü göstərilir.

Bu üzdən də ABŞ ordusunda olan, habelə digər orduların istifadəsində olan F-35 qırıcılarının hamısı yoxlanılacaq.xa0

Yoxlanmanın 1-2 günə yekunlaşacağı bildirilir.xa0

Qeyd edək ki, müvafiq qərarın qəbuluna sentyabrın 28-də ABŞ-da F-35B qırıcısının qəzaya uğraması səbəb olub.xa0

Lockheed Martin F-35 Lightning II qırıcılarının yaradılması proqramı silah istehsalı tarixinə ən bahalı proqram kimi düşüb. ABŞ bu proqramın icrasına 1,5 trilyon dollar vəsait xərcləyib.(oxu.az)
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin