ISESCO-nun keçmiş baş direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Əbdüləziz Osman əl-Tüveycri Ermənistanın katolikosu II Qareginin Xankəndiyə səfərini və onun intiqam şüarlarını səsləndirməsini pisləyən bəyanat yayıb.
Bizim.Meida-nın məlumatına görə, bəyanatda bildirilib ki, dini bir qurumun sülhə çağırmaq əvəzinə nifrət və müharibə dilini seçməsi, erməni kilsəsinin tolerant və çox mədəniyyətli Azərbaycandakı xristian dini yerlərinin guya təhdid altında olduğuna dair yalan məlumatlar yayması təəssüf doğurur:
MÖVZU İLƏ BAĞLI:
Bütün ermənilərin katolikosu Azərbaycana gəldi
"Bu, tamamilə yalandır, çünki ibadət azadlığı Azərbaycanın şərəfli bir xüsusiyyətidir. Mən Azərbaycanda kilsələrə və sinaqoqlara necə hörmət edildiyini və onların necə qorunduğunu görmüş beynəlxalq rəsmilərdən biriyəm. Tolerant siyasətinə görə hər zaman Azərbaycana və onun rəhbərliyinə təşəkkürümü bildirmişəm”
Əbdüləziz Osman əl-Tüveycri erməni işğalından azad edilmiş ərazilərdə salamat və təhqir edilməyən bir məscid, bir İslam dini abidəsi qalmadığnı da diqqətə çatdırıb.
Bizim.Meida