İsveçrə Xarici İşlər Nazirliyi Putin və Baydenin görüş yerini açıqladı - FOTO

Hazırda oxunan: İsveçrə Xarici İşlər Nazirliyi Putin və Baydenin görüş yerini açıqladı - FOTO

24233

İsveçrə Xarici İşlər Nazirliyi Rusiya və ABŞ liderləri Vladimir Putin və Co Bayden görüşünün 16 iyun tarixində “Villa La Grange”də keçiriləcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Məlumdur ki, Bayden Putinə ABŞ, Avropa ölkələri və digər dövlətlərin suverenliyini pozmağın yolverilməz olduğunu elan edəcək. O, əlavə edib ki, Vaşinqton strateji maraqlarını qorumaqda qərarlıdır və hər kəsə cavab verməyə hazırdır.
 

MÖVZU İLƏ BAĞLI:

16 İYUN bağlı qapılar arxasında - Putin-Bayden görüşündə nə müzakirə olunacaq? 


Eyni zamanda Putinlə görüş Bayden üçün Avropa turunun son mərhələsi olacaq. Ağ Evin sahibi 10-13 iyun tarixlərində Britaniyada G7 zirvəsində iştirak edəcək və Böyük Britaniya Kraliçası II Yelizaveta ilə görüşəcək.

Sonra NATO sammiti və AB-ABŞ zirvəsi üçün Brüsselə gedəcək, burada digər məsələlərlə yanaşı Rusiya ilə Qərb arasındakı münasibətləri müzakirə edəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin