Kim Çen İn arıqladı – SƏBƏB NƏDİR? – ŞOK FOTO

Hazırda oxunan: Kim Çen İn arıqladı – SƏBƏB NƏDİR? – ŞOK FOTO

24232

Şimali Koreya lideri Kim Çen İnin son fotosu onun səhhəti ilə bağlı fərziyyələri artırıb. 

Bizim.Media xəbər verir ki, bu haqda məlumatı “mk.ru” saytı yayıb.

Mənbə yazır ki, Kim son bir ayda ilk ictimai görünüşü zamanı nəzərəçarpacaq dərəcədə incə görünüb.
 

MÖVZU İLƏ BAĞLI:

Kim Çen İn 24 gündür ictimaiyyət qarşısına çıxmır - SƏBƏB


Cənubi Koreyanın xəbər agentliyi Yonhap bildirir ki, təxminən on il əvvəl ölkənin lideri olduğu gündən bəri ağır çəkisi ilə qlobal marağa səbəb olan Kim dövlət mediasının şənbə günü yayımladığı kadrlarda arıq formada olub.

Keçən həftənin sonunda hakim partiyanın Siyasi Bürosunun iclasında danışan Kimin fotolarını təhlil edən “NK News” nəşri onun əhəmiyyətli dərəcədə arıqladığını yazıb.

Çərşənbə axşamı Seulda fəaliyyət göstərən bir veb sayt qeyd edib ki,  37 yaşlı Kim yəqin 12 min dollar dəyərində olan sevimli saatının kəmərini sıxıb.

Şəkillərdə onun sol biləyi 2020-ci ilin noyabrında və bu mart ayında çəkilən oxşar şəkillərdən xeyli incədir. 

2011-ci ilin dekabr ayında infarktdan dünyasını dəyişən Kim Çen İrin oğlu Kim Çen İn davamlı olaraq siqaret çəkir. Müşahidəçilərin fikrincə, bu da onun həyat tərzinə mənfi təsir göstərir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin