Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -FOTOLAR

Hazırda oxunan: Aktrisa 55 illik “xəstə”sinin həbs olunmasını istəyir -FOTOLAR

241436

Məşhur türkiyəli aktrisaxa0Fatma Giriki 55 ildir narahat edən 71 yaşlıxa0Mehmet Alsanxa0adlı fanatının məhkəməsi baş tutub. İclasda Alsanın üçxa0ilədək həbs olunması tələb olunub.

Bildirilib ki, Mehmetxa01963-cü ildən aktrisaya fanatlıq edir və bu fanatlıq həddindən artıqdır.

“Bu şəxs 40 ildən çoxdur ki, fanatımdır. Arada qarşıma çıxıb məni çox sevdiyini deyirdi. Anamın evinə məktub yazıb qoyub. “Kaş ki, səni vaxtında qaçırsaydım” sözləri də həmin məktubda yer alır. Eyni zamanda, hədələyici və məni narahat edən sözlər yazıb. Şikayətçiyəm. Cəzalandırılmasını tələb edirəm”, - deyə Girik ifadəsində yazıb.

Məhkəmə isə iclası başqa günə təyin edib.

Qeyd edək ki, Mehmetxa050 il öncə Girikin Topağıcı adlı bölgədəki evində balkonda görülüb və polisə təslim edilib. Həmin vaxtı Alsanın üstündənxa0aktrisanın fotoları çıxıb.xa0

Hadisədən bir müddət sonra o, sənətçinin Leventdəki evinin arxasında boş ərazidə polis paltarında görülüb. Mehmet daha sonra Girikin Bebekdəki iş yerinin qarşısında, daha sonra Ankaradakı ofisinin yaxınlığında görülüb həbs edilmişdi.

Bundan başqa, 2016-cı ildə Fatma Giriki qaldığı xəstəxanada onu ziyarət edib. Girik isə onun eyni adam olduğunu görüb şikayət edib. Daha sonra Mehmet aktrisanın anasının evinə gedərək oraya məktub qoyub. Məktubdakı cümlələr isə onu məhkəməyə qarşısına gətirib.

(Oxu.Az)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin