Türkiyədə bu gecə 323 nəfər saxlanıldı

Hazırda oxunan: Türkiyədə bu gecə 323 nəfər saxlanıldı

240616

Bu gecə Türkiyədə keçirilən etiraz aksiyaları zamanı 323 nəfər saxlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə özünün "X" səhifəsində Türkiyənin daxili işlər naziri Ali Yerlikaya yazıb.

"Bu gecə İstanbul Böyükşəhər Bələdiyyəsi istintaqı ilə əlaqədar əməliyyatlarda 323 şübhəli nəzarətə alındı. İctimai asayişə xələl gətirən hər hansı təşəbbüsə yol verilməyəcək", - deyə bildirilib.

Xatırladaq ki, martın 19-u İstanbulun Baş Prokurorluğu şəhərin meri Əkrəm İmamoğlu, İstanbul meriyasının baş katibinin müavini Mahir Polat, Şişli Bələdiyyə başçısı Rəsul Emrah Şahan da daxil olmaqla, 7 şübhəli barəsində "PKK/KCK terror təşkilatına yardım etmək" ittihamı ilə saxlanılma qərarı çıxarıb. 

Bundan sonra ölkənin bir sıra yerlərində etiraz aksiyaları başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin