Keyt Uilyamla dördüncü övladı kimi DAVRANIR

Hazırda oxunan: Keyt Uilyamla dördüncü övladı kimi DAVRANIR

240608

Kate Middletonun əri Şahzadə Uilyam üzərində o qədər böyük təsiri olduğu deyilir ki, o, ona "dördüncü uşağı kimi" yanaşır.

Bizim.Media xəbər verir ki, bu sözləri “Bəli, xanım: Kral qulluqçularının gizli həyatı” adlı yeni kitabını yazan kral yazıçısı Tom Quinn deyib.

Quinn, Windsor Evinə baxmağın necə olduğunu öyrənmək üçün yüzlərlə keçmiş və indiki saray işçisi ilə əlaqə saxladlğını və bu infirmasiyanı onlardan aldığını iddia edib.

Bu açıqlamadan sonra “Fox News Digital” şərh üçün Uels Şahzadəsi ofislərini təmsil edən Kensington Sarayı ilə əlaqə saxlayıb. Bukingem Sarayının sözçüsü bildirib ki, saray əhli bu cür kitabları şərh etmir.

Lakin kitabın müəllifi “Fox News Digital”a bildirib ki, William bəzən isterik davranışlar nümayiş etdirir və Britaniya taxtının varisi kimi hər şey yolunda getməyəndə əsəbiləşir:

"Ancaq Kate üç övladının - Şahzadə Corc, Şahzadə Şarlotta və Şahzadə Luinin qəzəblənmələri ilə məşğul olduğu kimi, belə vəziyyətlərdə əri ilə də çox yaxşı məşğul olur. Hətta buna görə də işçilər arasında “Kate William ilə dördüncü uşağı kimi davranır, çünki o, bəzən onlardan biri kimi davranır” zarafatı da məşhurdur”.

Qeyd edək ki, son günlər Britaniya mətbuatında cütlüyün boşanma iddiaları ilə bağlı xəbərlər yayılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin